Ərdoğan BMT-nin iclasında: “Qarabağ Azərbaycan torpağıdır” | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan BMT-nin iclasında: “Qarabağ Azərbaycan torpağıdır”

Qafar Ağayev22:00 - 19 / 09 / 2023
Ərdoğan BMT-nin iclasında: “Qarabağ Azərbaycan torpağıdır”

“Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək”.

1news.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı bildirib.

Cənubi Qafqazda sülhün, sabitliyin bərpasının əsas hədəf olduğunu bildirən Ərdoğan Türkiyənin “Bir millət, iki dövlət” prinsipinə əməl etdiyini və bundan sonra da edəcəyini bildirib:

"Bir millət, iki dövlət” şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəkləyirik və Ermənistanın addımlarını şiddətlə qınayırıq".

Paylaş:
619

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər