Prezidentin Administrasiyası Qarabağda yaşayan ermənilərin nümayəndələrini Yevlaxa görüşə dəvət edir | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin Administrasiyası Qarabağda yaşayan ermənilərin nümayəndələrini Yevlaxa görüşə dəvət edir

Qafar Ağayev22:29 - 19 / 09 / 2023
Prezidentin Administrasiyası Qarabağda yaşayan ermənilərin nümayəndələrini Yevlaxa görüşə dəvət edir

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası növbəti dəfə Qarabağda yaşayan erməni sakinlərinə çağırış edib.

1news.az xəbər verir ki, bu barədə administrasiyanın açıqlamasında bildirilib.

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir daha Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini Yevlaxa görüşə dəvət edir", - qurumdan qeyd olunub.

Paylaş:
388

Son xəbərlər

Bütün xəbərlər