Ceyhun Bayramov Yuri Kimi Qarabağdakı lokal antiterror tədbirləri barədə məlumatlandırıb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Yuri Kimi Qarabağdakı lokal antiterror tədbirləri barədə məlumatlandırıb

Qafar Ağayev23:44 - 19 / 09 / 2023
Ceyhun Bayramov Yuri Kimi Qarabağdakı lokal antiterror tədbirləri barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimlə görüşüb və onu Qarabağdakı lokal xarakterli antiterror tədbirləri barədə məlumatlandırıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

“BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kimlə görüşüb. Regionda baş verən son hadisələr, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni qüvvələrinin təxribatlarına cavab olaraq görülən tədbirlər müzakirə edilib”, - XİN bildirib.

Paylaş:
461

Son xəbərlər

Bütün xəbərlər