Qazaxıstan səfiri: “Azərbaycanın təşəbbüsünü alqışlayırıq” | 1news.az | Xəbərlər
Siyasət

Qazaxıstan səfiri: “Azərbaycanın təşəbbüsünü alqışlayırıq”

Qafar Ağayev15:03 - 20 / 09 / 2023
Qazaxıstan səfiri: “Azərbaycanın təşəbbüsünü alqışlayırıq”

“Qazaxıstan qardaş Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha təsdiq edir”.

1news.az xəbər verir ki, bu bunu Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel deyib

“Azərbaycan tərəfinin Qarabağın erməni əhalisinin nümayəndələri ilə görüşün keçirilməsi ilə bağlı təşəbbüsünü alqışlayırıq. Yaranmış vəziyyətin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində sülh dialoqu yolu ilə tezliklə həll olunmasına ümid edirik. Əminik ki, Cənubi Qafqazda sülh atmosferin və qarşılıqlı faydalı əməkdaşlığın bərqərar olması, bütün kommunikasiyaların açılması regionun bütün ölkələrin maraqlarına cavab verir” – deyə, səfir qeyed edib.

Paylaş:
419

Son xəbərlər

Bütün xəbərlər