Xarici Nazirliyində brifinq keçirilir - FOTO
Azərbaycan Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün son vəziyyətlə brifinq keçirilir.
1news.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin muavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələrini məlumatlandırır.
Xatırladaq ki, sentyabrın 19-u səhər saatlarında Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Antiterror tədbirləri 20 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar. Sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni əsilli əhalisinin nümayəndələri görüş keçiriləcək.