Rusiya sülhməramlı kontingentinə məxsus kolonun atəşə tutulması ilə bağlı yayılan məlumatlar yalandır - MN
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Rusiya sülhməramlı kontingentinə məxsus kolonun atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır.
1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Belə əsassız iddiaları qəti surətdə təkzib edirik" - deyə, məlumatda qeyd olunub.
283