Bərpaolunan və yaşıl enerji sahəsində Sinqapur şirkəti ilə əməkdaşlıq ediləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bərpaolunan və yaşıl enerji sahəsində Sinqapur şirkəti ilə əməkdaşlıq ediləcək

Qafar Ağayev12:50 - 20 / 09 / 2023
Bərpaolunan və yaşıl enerji sahəsində Sinqapur şirkəti ilə əməkdaşlıq ediləcək

“Trafigura Pte Ltd” şirkəti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və şirkətin baş icraçı direktoru və sədri Ceremi Veir imzalayıblar.

İqtisadiyyat Nazirliyindən 1news.az-a bildirilib ki, həmçinin “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə “Trafigura Pte Ltd” şirkəti arasında da Anlaşma Memorandumu imzalanıb.

Sənədi Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə və şirkətin baş icraçı direktoru və sədri Ceremi Veir imzalayıblar. Sənədlərdə, bərpaolunan və yaşıl enerji, dekarbonizasiya, alüminium istehsalı və digər istiqamətlərdə əməkdaşlıq məsələləri nəzərdə tutulur.

Nazir Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəfin energetika, xammal və əlvan metal sahələrində fəaliyyət göstərən “Trafigura Pte Ltd” şirkətinin baş icraçı direktoru və sədri Ceremi Veir ilə görüşündə ölkəmizin əlverişli biznes və investisiya mühiti, özəl sektor üçün yaradılan imkanlar qeyd olunub. Diqqətə çatdırılıb ki, qlobal çağırışlara uyğun olaraq, təmiz ətraf mühit və yaşıl enerji ölkəsinə çevrilmə Azərbaycanda əsas prioritetlərdəndir. İqtisadiyyat naziri, həmçinin enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr, onların icra vəziyyəti barədə məlumat verib. “Trafigura Pte Ltd” şirkəti ilə əməkdaşlıq əlaqələrinin qurulmasının bərpaolunan enerji, hasilat və alüminium istehsalı sahəsində Sinqapur təcrübəsinin tətbiqi baxımından əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, Sinqapurun “Trafigura” şirkəti energetika, xammal və əlvan metal ticarəti ilə məşğul olan qlobal miqyaslı şirkətlərdən biridir. İllik dövriyyəsi 300 milyard ABŞ dollarından çox olan şirkət dünyanın bir sıra ölkələrində 60-dan çox ofisə malikdir.

Paylaş:
160

Son xəbərlər

“Muğan Bank”ın əmanətçilərinə iki gündə ödənilən kompensasiyanın məbləği açıqlandıBu gün, 09:45Azərbaycan nefti bahalaşıbBu gün, 09:34Zəngilanda top mərmiləri tapılıbBu gün, 09:22AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:14Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:08Beynəlxalq axtarışda olan şəxs Livanda tutularaq Azərbaycana ekstradisiya edilibBu gün, 09:06Laçının daha 63 sakini doğma yurda yola salındı - FOTOBu gün, 09:00Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə edilir - SİYAHIBu gün, 08:55Türkmənistana işgüzar səfər çərçivəsində görüşlər keçirilib - FOTO28 / 11 / 2023, 19:28DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək28 / 11 / 2023, 17:56Azərbaycan və Özbəkistan QHT-ləri arasında Anlaşma Memorandumu imzalanıb28 / 11 / 2023, 17:50“Kanal 13”ün rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib28 / 11 / 2023, 17:43İcma: Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlamasını ört-basdır etməyə çalışır28 / 11 / 2023, 17:21İnarə Vəliyeva İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr təyin edilib28 / 11 / 2023, 17:17Bakıda ticarət mərkəzində yanğın olub28 / 11 / 2023, 17:11Sabah üç rayonda qaz olmayacaq28 / 11 / 2023, 16:56Agentlik dönərxanalarda reyd keçirdi, nöqsanlar aşkarlandı - SİYAHI28 / 11 / 2023, 16:26”ASUS Zenbook”: Yüksək texnologiyalar dünyasında zərifliyin və gücün harmoniyası - FOTO28 / 11 / 2023, 16:18Aşqabadda Türkmənistan - Azərbaycan biznes forumu keçirilib - FOTO28 / 11 / 2023, 16:15Azərbaycanda bu il 284 nəfər qızılcaya yoluxub28 / 11 / 2023, 15:49
Bütün xəbərlər

Next TV