İlham Əliyev Rusiya sülhməramlılarının faciəli şəkildə həlak olması ilə bağlı başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı üzrxahlıq ifadə edib və dərin hüznlə başsağlığı verib.
1news.az-ın xəbərinə görə, dövlət başçısı başsağlığını sentyabrın 21-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı çatdırıb.
Baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb. Bununla bağlı hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir.
Azərbaycan Prezidenti, həmçinin həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib.
316