“Ordumuzun növbəti tarixi uğurundan sonra yeni reallıqlar yarandı” - Deputat | 1news.az | Xəbərlər
Siyasət

“Ordumuzun növbəti tarixi uğurundan sonra yeni reallıqlar yarandı” - Deputat

Ayşən İsmayılova15:54 - 21 / 09 / 2023
“Ordumuzun növbəti tarixi uğurundan sonra yeni reallıqlar yarandı” - Deputat

“Sentyabr ayının 19-dan 20-ə qədər Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirlər başa çatdıqdan sonra qarşıdakı əsas hədəflərin sırasında birinci yerdə dayanan məsələ Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyası ilə bağlı məsələdir”.

Bunu Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş ilə bağlı 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Bu məsələ ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə öz mövqeyini açıqlayıb. Və söyləyib ki, bu məsələ birincisi, Azərbaycanın daxili işidir, ikincisi, Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ ermənilərinin siyasi hüquqlarına və təhlükəsizliyinə tam təminat verib. Üçüncüsü isə, bura üçüncü bir dövlətin müdaxiləsi qəbuledilməzdir. Buna biz imkan vermərik.
Nəzərə alaq ki, cənab prezidentin sözü imzası qədər gücə malikdir. Görüşlərdən imtinanın əsas səbəbkarı Qarabağdakı xunta reijimi idi. Bu rejim imkan vermirdi ki, Qarabağ ermənilərinin nümayəndələri Azərbaycana inteqrasiya ilə bağlı belə görüşlər keçirsinlər".

Deputat qeyd edib ki, artıq ordumuzun növbəti tarixi uğurundan sonra yeni reallıqlar yarandı.

“Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoydu, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Belə olan vəziyyətdə artıq Yevlax şəhərində Azərbaycan Respublikasının danışıqlar üzrə xüsusi nümayəndəsi ilə Qarabağ ermənilərinin nümayəndələri arasında görüş keçirildi".

"“Bu görüşdə hansı məsələlər müzakirə edilib?” sualına gəldikdə, hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin 20 sentyabrda xalqa müraciətində onun əsas istiqamətləri göstərilib" - deyə, deputat əlavə edib:

" Birincisi, Qarabağ ermənilərinin hüquqları və öhdəlikləri müəyyən ediləcək və bu hüquq və öhdəliklər əslində bəllidir. Azərbaycanda yaşayan bütün vətəndaşlar hansı hüquq və öhdəliklərə malikdirsə, ermənilər də eyni hüquq və öhdəliklərin daşıyıcıları olacaqlar. Cənab prezident bir qədər də detallara gedərək söylədi ki, Qarabağ ermənilərinin təhsil, mədəniyyət, dinlə bağlı bütün hüquqları təmin ediləcəkdir. Güman edirik ki, bu məsələlərlə bağlı Yevlaxda geniş müzakirələr keçirilib və həmin məsələlərlə də bağlı razılaşma əldə edildiyini proqnozlaşdırmaq mümkündür”.

Paylaş:
373

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər