Zaqatalada 3,5 ton narkotik tərkibli bitki məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada 3,5 ton narkotik tərkibli bitki məhv edilib

Qafar Ağayev17:41 - 21 / 09 / 2023
Zaqatalada 3,5 ton narkotik tərkibli bitki məhv edilib

Zaqatalada 3,5 ton narkotik tərkibli bitki məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Keçirilən tədbir zamanı Sumaylı kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 3 ton 500 kiloqram olan 5094 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Paylaş:
354

Son xəbərlər

Abşeronda sex yanır

Bu gün, 13:36
Bütün xəbərlər