AYNA: Parklanma üçün 129 486 nəfər mobil tətbiq yükləyərək qeydiyyatdan keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

AYNA: Parklanma üçün 129 486 nəfər mobil tətbiq yükləyərək qeydiyyatdan keçib

Qafar Ağayev17:42 - 21 / 09 / 2023
AYNA: Parklanma üçün 129 486 nəfər mobil tətbiq yükləyərək qeydiyyatdan keçib

Nəqliyyat vasitələrinin parklanmasına görə 129 486 nəfər mobil tətbiq yükləyərək qeydiyyatdan keçib.

1news.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla xəbər verir ki, 9 556 nəfər balansın artırılması əməliyyatını həyata keçirib.

Qeyd edək ki, küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. AYNA sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edir. Ödənişlər mobil tətbiq və SMS vasitəsilə həyata keçirilir.

Paylaş:
494

Son xəbərlər

Bütün xəbərlər