Milli Məclisdə Asiya Parlament Assambleyasının komitə iclası keçirilir
Azərbaycan Milli Məclisində Asiya Parlament Assambleyasının(APA) Sosial və mədəni məsələlər daimi komitəsinin iclası keçirilir.
1news.az xəbər verir ki, iclasda Milli Məclisin sədri Sahibə Qafarova, Bəhreyn, Fələstin, İndoneziya, İran, İraq, Kamboca, Küveyt, Pakistan, Qazaxıstan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tayland, Tacikistan, Türkiyə və Asiya Parlament Assambleyasının Katibliyinin nümayəndə heyəti iştirak edirlər.
İclasda “Asiyada mədəni muxtəlifliyin təşfiqi və mədəni irsi qorunması istiqamətində tədbirlər haqqında” qətnamə layihəsi, “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə Asiya inteqrasiyası haqqında” qətnamə layihəsi, Asiyada səhiyyə bərabərliyi uzrə əməkdaşlıq haqqında” qətnamə layihəsi, “Asiya parlamentariləri korrupsiyaya qarşı” qətnamə layihəsi, “APA qadın parlamentariləri haqqında” qətnamə layihəsi, “Dunya dinləri arasında dinlərarası dialoqun və harmoniyanın təşfiqi haqqında” qətnamə layihəsi, “Asiyada mədəni sərvətlərin qaçaqmalçılığına qarşı mubarizədə huquqi və qanunvericilik sahəsində əməkdaşlıq haqqında” qətnamə layihəsi, “Asiyada narkotik vasitələrinin qeyri-qanuni dövriyyəsinə qarşı mubarizədə effektiv əməkdaşlıq haqqında” qətnamə layihəsi, “Humanitar fəlakət astanasında olan Suriya, İraq, Yemen, Qəza və Myanmaya humanitar yardım haqqında” qətnamə layihəsi və digər qətnamələrə baxılacaq.