Türkiyə nümayəndəsi: “İki qardaş xalq olaraq biz bir-birmizi hər zaman dəstəkləyirik”
“Türkiyə və Azərbaycan unikal və xüsusi bağlarla bir-birinə bağlıdır”.
1news.az xəbər verir ki bunu Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər daimi komitəsinin iclasında Türkiyə nümayəndə heyətinin rəhbəri Abdulkadir Emin Önen deyib
“Reallığa nəzər salsaq iki qardaş xalq olaraq biz bir-birmizi hər zaman dəstəkləyirik”.
30 il ərzində Qarabağın işğalı bizi üzdüyü kimi, həmin ərazilərin işğaldan azad edilməsi bizi olduqca sevindirir”.
Abdulkadir Emin Önen vurğulayıb ki, Türkiyə Asiyada olan partnyorları ilə birgə işləməyə hazırdır və ölkəmiz bu qitədə yeni təşəbbüslər həyata keçirir: “Belə ki, Türkiyə qlobal təşəbbüslər irəli sürərək beynəlxalq əmədaşlıqları daha ədalətli şəkildə həyata keçirməkdə məqsədlidir”.
“Bütün Asiyada sosial məsələlərdə əməkdaşlığı təsviq etməliyik. Türkiyə regionda ən çox miqrant qəbul edən ölkədir. Lakin bu məsələdə birgə əməkdaşlığa ehtiyac var ki, uzun müddətli sabitlik təmin edilmiş olsun”,- o, vurğulayıb.