Sahibə Qafarova Türkiyənin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Türkiyənin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətini qəbul edib

Qafar Ağayev11:09 - 22 / 09 / 2023
Sahibə Qafarova Türkiyənin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətini qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin APA-dakı nümayəndə heyətinin rəhbəri, qurum sədrinin təmsilçisi Abdulkadir Emin Önenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunaraq, qeyd edilib ki, iki ölkə arasında qardaşlıq, dostluq əbədidir və bu münasibətlər bir çox ölkələr üçün nümunədir. Vurğulanıb ki, münasibətlərimiz Ulu Öndər Heydər Əliyevin "Bir millət iki dövlət" şüarına uyğun olaraq hər gün daha da inkişaf edir və genişlənir. İki ölkənin bütün platformalarda bir-birini dəstəklədikləri qeyd olunaraq, bildirilib ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünlərdə BMT Baş Assambleyasındakı çıxışında qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu, bizim haqq işimizə davamlı dəstəyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Görüşdə 44 günlük Vətən müharibəsi dövründə də Türkiyədən olan nümayəndə heyətlərinin Azərbaycana səfər etməsi və ölkəmizə siyasi-mənəvi dəstək verməsi xatırlanaraq, əlavə edilib ki, Azərbaycan da hər zaman Türkiyənin yanında olduğunu dəfələrlə nümayiş etdirib.

Azərbaycan və Türkiyənin qanunverici orqanları arasında da münasibətlərin yüksək səviyyədə olduğu vurğulanaraq, qeyd edilib ki, digər sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrimiz də həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində uğurla inkişaf edir. Sahibə Qafarova, plarlamentlərimiz arasında imzalanmış Anlaşma Memorandumunun əlaqələrimizin inkişafına təkan verdiyini, həmçinin, qarşılıqlı səfərlərin bu istiqamətdə önəmini diqqətə çatdırıb. O, xatırladıb ki, cari ilin iyul ayında Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlərdə də münasibətlərimizin inkişafı məmnunluqla vurğulanıb.

Görüşdə regionda baş verən son hadisələr barədə də qonaqlara məlumat verən Milli Məclisin sədri bildirib ki, Azərbaycanın sülh və sabitlik istiqamətində atdığı ardıcıl addımlara baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlar törədərək sülhün əldə olunmasına maneələr yaradırdı. O, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin törətdiyi bir sıra irimiqyaslı hərbi təxribatlar və terror aktlarına əl atdığını qeyd edərək, bu təxribatlara cavab olaraq, ölkəmizin regionda lokal anti-terror tədbirləri həyata keçirdiyini vurğulayıb.

Spiker Sahibə Qafarova, həmçinin, Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işləri, məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün görülən tədbirlər barədə də məlumat verib.

Abdulkadir Emin Önen qəbula və göstərilən qonaqpərvərliyə görə, minnətdarlığını bildirərək, Asiya Parlament Assambleyasının Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının yüksək səviyyədə təşkil olunduğunu, tədbirdə müzakirə olunan mövzuların aktuallığını diqqətə çatdırıb.

O, dost və qardaş ölkələrimiz arasında münasibətlərin hər zaman zamanın sınaqlarından uğurla çıxaraq, daha da möhkəmləndiyini və bu gün bütün sahələri əhatə etdiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş:
273

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər