Prezident Adminstrasiyası Qarabağın erməni nümayəndələri ilə Xocalıda keçirilən növbəti danışıqlarla bağlı məlumat yaydı - YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Prezident Adminstrasiyası Qarabağın erməni nümayəndələri ilə Xocalıda keçirilən növbəti danışıqlarla bağlı məlumat yaydı - YENİLƏNİB

Qafar Ağayev17:28 - 25 / 09 / 2023
Prezident Adminstrasiyası Qarabağın erməni nümayəndələri ilə Xocalıda keçirilən növbəti danışıqlarla bağlı məlumat yaydı - YENİLƏNİB

2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib.

1newsaz xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezident Adminstrasiyası məlumat yayıb.

Konstruktiv mühitdə keçən görüşdə sentyabrın 21-də Yevlax şəhərində müzakirə edilmiş məsələlərin həlli istiqamətində atılan addımlardan, xüsusilə qısa müddətdə humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpasından razılıq ifadə olunub.

Qarabağın erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov bundan sonrakı mərhələdə həyata keçiriləcək tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, bəzi yaşayış məntəqələrində tənha vəziyyətdə müəyyən edilmiş erməni əsilli yaşlı sakinlərə ilkin tibbi yardım göstərilib və onlar həkim nəzarəti altında saxlanılırlar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin həmin şəxslərlə görüşünə şərait yaradılması, onların ailə üzvlərinə və ya müvafiq tibb müəssisələrinə təhvil verilməsi təklif edilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Təklif olunub ki, Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində qurulması təklif olunan səhra hospitalında səhiyyə xidmətləri Azərbaycan və erməni əsilli tibb heyəti tərəfindən birgə təşkil edilsin. Həmçinin Azərbaycan və erməni xidmət personalı tərəfindən mobil qida təminatı xidmətinin yaradılması təklif edilib.

Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsinə hazırlıq ifadə olunub.

Bununla yanaşı, görüşdə Azərbaycan və erməni əsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsinin vacibliyi vurğulanıb.

Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb və bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Görülmüş işlərin yekunlarının müzakirəsi və gələcək addımları müəyyənləşdirmək məqsədilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

***

15:13

Sentyabrın 25-də Xocalı şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədovun Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti danışıqları başa çatıb.

1news.az bu barədə APA-ya istinadən xəbər verir.

***

13:39

Sentyabrın 25-də Xocalı şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədovun Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti danışıqları başlayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Ramin Məmmədov bu ilin martında Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin olunub.

Xatırladaq ki, lokal xarakterli antiterror tədbirlərindən sonra ilk danışıqlar sentyabrın 21-də Yevlax şəhərində keçirilib.

Paylaş:
570

Son xəbərlər

Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın Gənclərlə İş Agentliyi arasında memorandum imzalandıBu gün, 17:54Metroda ölən şəxs müğənninin atası imiş - FOTOBu gün, 17:52Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkasına 40 rayondan məhsul çıxarılacaqBu gün, 17:48Bu gün Laçına qayıdan ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 17:32Deputat: “Qızılcaya yoluxmanın artmasının əsas səbəbi vaksinasiyanın aparılmamasıdır”Bu gün, 17:13Bakı və Sumqayıtda dəm qazı normadan yüksək olubBu gün, 17:11Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcəkBu gün, 16:47Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinə yeni şöbə müdiri təyin edilibBu gün, 16:43DTX-nin Heydər Əliyev adına Akademiyasının əməkdaşları təltif edilib - SİYAHIBu gün, 16:42“Tiktok” ilə əməkdaşlıq çərçivəsində keçirilən proqramın qalibləri elan olunubBu gün, 16:31Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunubBu gün, 16:29Komitə sədri: “Selektiv abortlara görə dünyada lider olmağımız ürəkağrıdıcı bir faktdır”Bu gün, 16:23İşçilərin hüquqlarını pozan şirkətlər cərimələnibBu gün, 16:17ADMİU-nun 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib - FOTOBu gün, 16:10Agentlik daha 14 müəssisədə nöqsanlar aşkarladı - SİYAHIBu gün, 16:10Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib - VİDEOBu gün, 15:53Ceyhun Bayramov Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyinin baş katibi ilə görüşübBu gün, 15:50Qubada qanunsuz kömür quyusu aşkarlanıbBu gün, 15:19“Nəriman Nərimanov” metrostansiyasında sərnişin vəfat edibBu gün, 15:06Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb - FOTOBu gün, 15:06
Bütün xəbərlər

Next TV