Bakıdan Xankəndinə tibbi yardım göndərilib
2023-cü il sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Məlumatlara əsasən, hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 1news.az-a bildirilib ki, bununla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
364