Böyük Qayıdışla bağlı layihənin icrasına başlanılıb | 1news.az | Xəbərlər
Siyasət

Böyük Qayıdışla bağlı layihənin icrasına başlanılıb

Qafar Ağayev10:18 - 26 / 09 / 2023
Böyük Qayıdışla bağlı layihənin icrasına başlanılıb

ADA Universiteti Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu ilə birgə bu ilin sentyabr ayından etibarən “İşğaldan azad edilmiş ərazilərə əhalinin geri qayıdışının və reinteqrasiyasımın təmin edilməsi məqsədilə məcburi köşkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsinin icrasına başlayıb.

1news.az xəbər verir ki, layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının “Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması” prioritet istiqamətinin “Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili” fəaliyyət istiqaməti üzrə sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanmasının təmin edilməsi məqsədilə həyata keçirilir.

Layihə çərçivəsində məcburi köçkünlərin Böyük Qayıdışa dair rəy və təklifləri, həmçinin reinteqrasiya ehtiyacları və potensialı öyrəniləcəkdir. Bununla əlaqədar olaraq, müxtəlif sosial-demoqrafik qrupları təmsil edən məcburi köçkünlərin iştirakı ilə “fokus-qrup” müzakirələrinin təşkil olunması nəzərdə tutulub.

Layihəyə rəhbərlik edən ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə bildirib ki, “fokus-qrup” müzakirələri Böyük Qayıdış prosesində effektiv strategiya və siyasətlərin işlənib hazırlanmasında mühüm rol oynayacaq.

Layihənin elmi rəhbəri, İqtisadiyyat İnstitutunun Baş direktoru, i.e.d., prof. Nazim Müzəffərlidir.

Layihənin daha effektiv icrasını təmin etmək məqsədilə sentyabrın 19-da ADA Universitetində müxtəlif dövlət qurumlarının (nazirlik, xüsusi nümayəndəlik, agentlik, komitə və s.) nümayəndələri, millət vəkilləri, habelə qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüş keçirilib.

Görüş zamanı Tədqiqat Qrupunun üzvləri müvafiq qurumlardan dəvət edilmiş nümayəndələrlə “fokus-qrup” müzakirələrin səmərəli təşkili məsələlərinə toxunulub. Layihənin əvvəlki mərhələsində əldə edilən təcrübə və müşahidələrlə də bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, layihə keçmiş məcburi köçkünlərin könüllü, ləyaqətli və təhlükəsiz formada öz doğma torpaqlarına qayıdışının növbəti mərhələsini proqnozlaşdırmaq üçün əhəmiyyətli nəticələr ortaya qoyacaq. Əlavə edilib ki, yekun təklif və tövsiyələr hazırlanarkən görüş iştirakçılarının rəy və mülahizələri müvafiq qaydada nəzərə alınacaq.

Paylaş:
442

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRHBu gün, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19
Bütün xəbərlər