AZAL-ın pilotları Xarıbülbül çiçəyinin konturunu təsvir ediblər

"Azərbaycan Hava Yolları" QSC (AZAL) pilotları Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçərək şəhid olan əsgərlərimizin əziz xatirəsinin rəmzi - Xarıbülbül çiçəyinin konturunu təsvir ediblər.
1news.az xəbər verir ki, bu barədə AZAL-ın "X" sosial şəbəkəsindəki hesabında bildirilir.
Məlumata görə, bu möhtəşəm təsvir AZAL-ın “Laçın” adlı “Airbus A320neo” təyyarəsi ilə yaradılıb.
"Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik", - deyə aviaşirkət bəyan edib.
AZAL-ın pilotları Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçərək şəhid olan əsgərlərimizin əziz xatirəsinin rəmzi - Xarıbülbül çiçəyinin konturunu çəkiblər.
Bu möhtəşəm təsvir “Azərbaycan Hava Yolları”nın “Laçın” adlı “Airbus A320neo” təyyarəsi ilə yaradılıb.… pic.twitter.com/9VsGcWyeG1— AZAL - Azerbaijan Airlines (@azalofficial) September 27, 2023