İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Qafar Ağayev19:07 - 27 / 09 / 2023
İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

1news.az xəbər verir ki, görüşdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində yaranmış hazırkı vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat mallarının müsadirə olunduğunu vurğulayan Azərbaycan Prezidenti bildirib ki, ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi nümayəndələri və BMT-nin Rezident Əlaqələndirici Ofisinin nümayəndəsi də toplanmış silah və hərbi texnikaya baxıblar.

Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah edildiyini deyən Prezident İlham Əliyev onların Azərbaycan ərazisindən çıxarılması prosesinin həyata keçirildiyini bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, antiterror tədbirləri zamanı mülki əhaliyə ziyan dəyməyib, hədəf ancaq qanunsuz erməni silahlı birləşmələri və hərbi obyektlər olub.

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarına toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, onların da hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.

Ərazidə infrastrukturun bərpası ilə bağlı işlərin aparıldığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın erməni sakinlərə humanitar yardımlar göndərdiyini bildirib, yardımların göstərilməsi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə də əməkdaşlığın həyata keçirildiyini deyib.

Dövlətimizin başçısı qeyd edib ki, rəsmi Bakı ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazırdır.

Söhbət zamanı bölgədə sabitliyin təmin edilməsi və yerli ermənilərlə dialoqun vacibliyi vurğulanıb.

***

17:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

1news.az bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Paylaş:
392

Son xəbərlər

ADY yeni tədris ilinin başlaması ilə bağlı şəhərətrafı qatar reyslərinin sayını artırır11 / 09 / 2024, 17:50Goranboy və Tərtərdə toxum sərgi-satış yarmarkası təşkil olunub11 / 09 / 2024, 17:45İqtisadi Şura 2025-ci və növbəti 3 il üzrə büdcə layihələrini müzakirə edib - FOTO11 / 09 / 2024, 17:25Parlament seçkiləri ilə əlaqədar MSK-ya 12 müraciət daxil olub11 / 09 / 2024, 16:57Salyan şossesinin “Lökbatan dairəsi” adlanan hissəsi təmir edilir11 / 09 / 2024, 16:50Taksi sürücülərinin avtobus zolaqları ilə bağlı NARAZILIĞI - Ekspert, Bakı DYP və AYNA-dan ŞƏRH11 / 09 / 2024, 15:52Mikayıl Cabbarov AYİB-in Türkiyə və Cənubi Qafqaz üzrə idarəedici direktoru ilə görüş keçirib11 / 09 / 2024, 15:26Sabah hava küləkli olacaq - Proqnoz11 / 09 / 2024, 15:19Növbəti köç karvanı Laçına çatıb11 / 09 / 2024, 15:05Metronun “Azadlıq prospekti” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir11 / 09 / 2024, 14:55DYP yeni tədris ili ilə bağlı əhaliyə müraciət edib11 / 09 / 2024, 14:35Sevinc Fətəliyeva: “Ermənistan hakimiyyəti sülhə maraqlı olmadığını nümayiş etdirir”11 / 09 / 2024, 14:30Azercell-dən Litres və Busuu tətbiqlərindən pulsuz istifadə imkanı11 / 09 / 2024, 14:13Bakıda yeni su və kanalizasiya layihələri icra olunur - VİDEO11 / 09 / 2024, 14:08Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək11 / 09 / 2024, 13:05#CodeForFuture Azərbaycanda İT sahəsində qabaqcıl layihəyə çevrilib!11 / 09 / 2024, 12:32Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub11 / 09 / 2024, 12:15AMB EBRD ilə maliyyə sektorunun dayanıqlı inkişafını müzakirə edib11 / 09 / 2024, 12:10ABB-nin səhmlərinə abunə yazılışı başa çatdı11 / 09 / 2024, 11:44Kibercinayətlə bağlı qalmaqallı cinayət işi - Mikro kredit bazarının lideri olan Azpulmat-ın tövsiyələri11 / 09 / 2024, 11:42
Bütün xəbərlər