Mərkəzi Bankı və Dünya Bankı arasında yeni layihənin icrasına başlanılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bankı və Dünya Bankı arasında yeni layihənin icrasına başlanılıb

Qafar Ağayev10:45 - 27 / 09 / 2023
Mərkəzi Bankı və Dünya Bankı arasında yeni layihənin icrasına başlanılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı arasında “Maliyyə Sektorunun Modernizasiyası Layihəsi 3”ün icrasına start verilib.

AMB-dan 1news.az-a bildirilib ki, layihənin əhatə dairəsinin müəyyənləşdirilməsi və istiqamətlərin dəqiqləşdirilməsi məqsədilə Dünya Bankının mütəxəssislərdən ibarət geniş tərkibli missiyası cari ilin sentyabr ayının son həftəsində müvafiq görüşlərin keçirilməsi üçün Bakı şəhərində səfərdədirlər. Layihənin əsas məqsədi maliyyə sektorunun nəzarət və tənzimlənməsinin gücləndirilməsi, dövlət maliyyə inklüzivliyi proqramının icrasına dəstək və maliyyə sektorunun monitorinqi üzrə Mərkəzi Banka dəstək göstərməkdən ibarətdir.

Paylaş:
282

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər