AQTA qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTA qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edib

11:56 - 02 / 10 / 2023
AQTA qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edib

Azərbaycan Qida Təhlükəsizliyi Agnetliyi (AQTA) qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edib.

Bu barədə 1news.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, bugünədək qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan "Bolt Services AZ" MMC, "Ozio" MMC, "İndi Market" MMC, "Bazarstore" MMC, "Too Far Logistics" MMC, "iBox" MMC və "Competo" MMC qida təhlükəsizliyi qeydiyyatından keçib.

Eyni zamanda həyata keçirilən monitorinqlər zamanı bir sıra ictimai iaşə müəssisələrinin və ticarət obyektlərinin qeydiyyatdan keçməyən daşınma şirkətləri ilə əməkdaşlığı davam etdirdiyi məlum olub.

AQTA xəbərdarlıq edir ki, qeydiyyatdan keçmədən qida məhsullarının daşınması fəaliyyəti ilə məşğul olmaq qanunvericiliyə ziddir, eyni zamanda bu kimi şirkətlərlə əməkdaşlıq edən ictimai iaşə müəssisələri və ticarət obyektləri ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Onu da qeyd edək ki, qeydiyyatdan keçmiş müəssisələrə Agentlik tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı metodiki dəstək göstərilir, habelə müvafiq tələblərin mərhələli şəkildə icrasına və fəaliyyətin qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılmasına hərtərəfli köməklik olunur.

Bu istiqamətdə qeydiyyatdan keçmiş daşınma şirkətləri ilə əməkdaşlıq hazırda davam etdirilir.

Paylaş:
213

Son xəbərlər

Azərbaycan və Çin dəmir yolları təşkilatları Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə əməkdaşlığı genişləndirirBu gün, 15:07AYNA-nın nizamnamə fondu artırılıbBu gün, 15:03Dönərxanada qaz sızmasından partlayış olubBu gün, 14:59ANAMA mina hadisələri ilə bağlı çağırış edibBu gün, 14:35Deputat: “Növbədənkənar Prezident seçkiləri ilə bağlı qərarın verilməsi yerində atılmış bir addımdır”Bu gün, 14:14Şuşada mina partlayıb, xəsarət alan var - YENİLƏNİBBu gün, 14:11YAP fəalları ilə görüş keçirilmişdir - FOTOBu gün, 14:02Horadizdə traktorun minaya düşməsi ilə bağlı araşdırma aparılırBu gün, 13:46Prezident seçkiləri ilə əlaqədar gələn il fevralın 7-si qeyri-iş günü olacaqBu gün, 13:27“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində Gənclər konfransıBu gün, 13:12Qurban Yetirmişli zəlzələ ilə bağlı əhaliyə çağırış edibBu gün, 12:52FHN əməkdaşları zəlzələdən sonra ərazilərə baxış keçirib, dağıntılara rast gəlinməyibBu gün, 12:51Apple Pay TuranBank-da – ilk ödənişdə 5 AZN keşbek!Bu gün, 12:45Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı zavodunun təməli qoyulubBu gün, 12:44Sabah hava necə olacaq?Bu gün, 12:26Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAMBu gün, 12:05“ASG Business Aviation” təyyarə bələdçisi vəzifəsinə xanım namizədlərin işə qəbulunu elan edirBu gün, 11:50ADY: “Zəlzələdən sonra qatarların hərəkəti qrafik üzrə tam bərpa olunub” - YENİLƏNİBBu gün, 11:34Qara kürü: Əsl Xəzər kürüsünü saxta Çin kürüsündən fərqləndirməyin yolları - FOTOBu gün, 11:32Horadizdə əkin işləri aparan traktor minaya düşüb, xəsarət alan varBu gün, 11:09
Bütün xəbərlər

Next TV