Araik Arutyunyan və bir neçə nəfər saxlanılaraq Bakıya gətirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Araik Arutyunyan və bir neçə nəfər saxlanılaraq Bakıya gətirilir

Qafar Ağayev21:25 - 03 / 10 / 2023
Araik Arutyunyan və bir neçə nəfər saxlanılaraq Bakıya gətirilir

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar.

1news.az APA-ya istinadən xəbər verir ki, hazırda o, Bakıya gətirilir.

Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.

Paylaş:
490

Son xəbərlər

Bütün xəbərlər