İcma: Toyvo Klaarın Qərbi azərbaycanlıların Ermənistana qayıdışından bəhs etməməsi qəbuledilməzdir | 1news.az | Xəbərlər
Siyasət

İcma: Toyvo Klaarın Qərbi azərbaycanlıların Ermənistana qayıdışından bəhs etməməsi qəbuledilməzdir

Qafar Ağayev16:24 - 04 / 10 / 2023
İcma: Toyvo Klaarın Qərbi azərbaycanlıların Ermənistana qayıdışından bəhs etməməsi qəbuledilməzdir

Qərbi Azərbaycan İcması Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın Ermənistan mediasına verdiyi müsahibəsində yer almış qərəzli mövqeyini, xüsusilə Azərbaycanın suveren ərazilərinə “uzunmüddətli çoxmillətli və ya BMT missiyasının yerləşdirilməsi” kimi düşük fikirlərini kəskin şəkildə qınayır.

1news.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunub.

Bildirilib ki, T.Klaar və digər Avropa İttifaqı rəsmilərindən Azərbaycanın suveren əraziləri ilə bağlı gülünc, düşmən açıqlamalar verməməyi tələb edirik. Azərbaycanın suveren ərazilərinə hansısa missiyanın yerləşdirilməsi T.Klaar və ya digərlərinin səlahiyyətində və həddinə deyil. İkili standartların bariz nümunəsi olan Avropa İttifaqının Azərbaycana mühazirə oxumaq üçün mənəvi əsası yoxdur. Qoy T.Klaar Avropa İttifaqının təsisatlarına etnik azlıqlarla problemlərin yaşandığı Avropa İttifaqı ölkələrinə və monoetnik Ermənistana uzunmüddətli çoxmillətli və ya BMT missiyasının yerləşdirilməsi barədə tövsiyyələr versin.

Müsahibəsində gen-bol erməni sakinlərin Qarabağa qayıtmasının, onların dini, mədəni abidələrinin mühafizəsinin vacibliyini vurğulayan T.Klaarın Qərbi azərbaycanlıların Ermənistana qayıdışından, Azərbaycan xalqının Ermənistandakı mədəni irsinin qorunmasından bəhs etməməsi, Xocalı cəlladlarının saxlanılmasından narahat olması riyakarlıqdır. Xatırladaq ki, Ermənistandan qovulmuş azərbaycanlılar 30 ildən çoxdur ki, öz vətənlərinə qayıdışı gözləyirlər. Dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, Avropa İttifaqı bu məsələyə dair mövqeyini ictimai şəkildə bəyan etməyib.

T.Klaar “Mənim üçün Dağlıq Qarabağ məsələsi bağlı deyil” sözləri ilə Xocalı cəlladı Serjik Sarqsyanın bu günlərdə verdiyi oxşar açıqlamasını xatırladır. Avropa İttifaqı rəsmisinin diqqətinə çatdırırıq ki, özünün suverenliyini bərpa etmiş Azərbaycan üçün Qarabağ məsələsi bağlıdır və digərləri üçün bu məsələnin hələ açıq qalması yalnız onların fantaziyasının məhsuludur.

Məsələlərə etnik və dini təəssübkeşlik, Azərbaycanofobiya əsasında yanaşılması Avropa İttifaqı üçün utanc olmalıdır.

Biz Avropa İttifaqından ayrı-seçkiliyə son verməyi, insanların ləyaqətləri və hüquqları etibarilə bərabərliyi prinsipinə hörmət etməyə və Ermənistandan zorla qovulmuş azərbaycanlıların beynəlxalq mexanizm çərçivəsində, müvafiq təhlükəsizlik zəmanəti altında təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına dəstək verməyi tələb edirik.

Paylaş:
234

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər