İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib

Qafar Ağayev21:15 - 06 / 10 / 2023
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaşı qəbul edib.

1news.az xəbər verir ki, dövlət başçısı bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında keçirilmiş avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasiminin önəmini qeyd edərək, bunun dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı fəaliyyətini davam etdirdiyini bildirərək, bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlinin qoyulmasının bu yolların şaxələndirilməsi baxımından da önəmini qeyd edib.

İkitərəfli münasibətlərimizin gündəliyinin yalnız nəqliyyat sektorunu deyil, eyni zamanda, daha geniş sahələri əhatə etdiyini deyən Azərbaycan Prezidenti Hökumətlərarası Komissiyanın fəaliyyətini yüksək qiymətləndirib, bütün sahələr üzrə yaxşı nəticələrin əldə edildiyini qeyd edib. Dövlət başçısı Azərbaycan-İran dostluğunun və əməkdaşlığının bütün bölgə üçün önəmli amil olduğunu vurğulayıb.

Prezident İlham Əliyev regional məsələlərin region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini bildirirək, bu xüsusda 3+3 əməkdaşlıq formatının da təşəbbüskarının məhz Azərbaycan olduğunu qeyd edib, tezliklə bu formatda görüşlərin keçiriləcəyini müsbət bir addım kimi qiymətləndirib.

Mehrdad Bəzrpaş ilk növbədə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.

Qonaq Azərbaycanın Qarabağ bölgəsinin reinteqrasiyası ilə bağlı təbriklərini çatdırıb və bunu çox mühüm hadisə kimi dəyərləndirib. O, qeyd edib ki, Azərbaycanın pozulmuş haqlı və ədalətli mövqeyi 30 ildən sonra xoşbəxtlikdən öz yerini tutub və ölkə suverenliyini bərpa edib.

Mehrdad Bəzrpaş region ölkələri və xalqlarının bir-biri ilə dərin tarixi və mədəni əlaqələrə malik olduğunu deyərək, Cənubi Qafqazda sülhün region üçün böyük perspektivlər yaradacağını bildirib.

Paylaş:
436

Son xəbərlər

31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50
Bütün xəbərlər