SOCAR AQŞ daha bir mürəkkəb qazma layihəsini uğurla başa çatdırdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR AQŞ daha bir mürəkkəb qazma layihəsini uğurla başa çatdırdı

Qafar Ağayev14:38 - 09 / 10 / 2023
SOCAR AQŞ daha bir mürəkkəb qazma layihəsini uğurla başa çatdırdı

SOCAR AQŞ mürəkkəb layihələrdən biri olan, eləcə də SOCAR-ın tarixində Günəşli yatağında ilk dəfə 8 saylı platformadan yan lülə quyusu qazıb.

Yan lülə quyusu Fasilə lay dəstəsinə uğurla qazılaraq sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyinə təhvil verilmişdir.

Quyuda 6 5/8” istismar kəməri daxilində istiqamətləndirici qoyularaq, iki kəmərdən pəncərə kəsilərək yan lülə 2985 metr dərinliyə uğurla qazılmışdır. Qazma əməliyyatları yerinə yetirilərkən real zamanda təzyiqlərə, layların dəyişməsinə və quyu istiqamətinə nəzarət olunmuşdur.

Quyu layihə dərinliyinə qazıldıqdan sonra, 4 ½” istismar quyruq kəməri xüsusi asqı avadanlığı vasitəsilə uğurla endirilmişdir.

Udulmaya meyilli layların mövcudluğunu nəzərə alaraq SOCAR AQŞ bu quyuda ilk dəfə olaraq yeni texnologiyalardan istifadə etməklə istismar quyruq kəmərini sementləmişdir. İstismar quyruq kəməri quyuağzı avadanlıqla birgə plana uyğun olaraq kipliyə sınanmış, sifarişçi tərəfindən təyin edilmiş hədəflər üzrə obyekt tam açılmış və quyu yüksək debitlə istismara verilmişdir.

SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev qeyd edib: “Yan lülə quyularının qazılması uzun illər istismarda olan bir çox quyunun debitini artırmaq üçün olduqca önəmlidir. Belə ki, Günəşli yatağında 300-dən çox quyunun hasilatını yenidən bərpa etmək üçün yan lülə quyularının qazılması xüsusi əhəmiyyət kəsb edir. Bu, ölkənin neft hasilatının uzunömürlülüyünün təmin edilməsinə, quyuların daha məhsuldar olmasına, eləcə də qazma işlərinin səmərəliliyinin artırılmasına xidmət edəcəkdir”.

Quyunun layihələndirməsində və qazılmasında vahid komanda kimi iştirak edən, əməliyyatların keyfiyyətlə və düzgün qaydada yerinə yetirilməsində SOCAR-ın “Azneft” İstehsalat Birliyinin rolu böyük olmuşdur.

Quyunun qazılması zamanı əməliyyatlar sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun aparılmışdır. Hal-hazırda quyuda mənimsəmə işləri uğurla davam etdirilir.

SOCAR AQŞ haqqında:

SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.

Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir.

SOCAR AQŞ 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.

Daha ətraflı: https://www.socar-aqs.com/az/

Paylaş:
347

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər