Zakir Həsənov müşavirə keçirdi, göstərişlər verdi | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov müşavirə keçirdi, göstərişlər verdi

Qafar Ağayev16:14 - 09 / 10 / 2023
Zakir Həsənov müşavirə keçirdi, göstərişlər verdi

Oktyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar müdafiə naziri tərəfindən müşavirə iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, dövlət başçısının çıxışlarından irəli gələn mühüm məsələlərin icrasında Ordumuzun üzərinə düşən bütün vəzifələr vaxtında yerinə yetirilməlidir.

Azərbaycan Ordusunun daha da gücləndirilməsi ölkəmizin prioritet məsələlərindən biri olan təhlükəsizliyin təmin edilməsində vacib amillərdən biri olduğu qeyd edilib.

Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edilib. Hava hücumundan müdafiə, kəşfiyyat və əks kəşfiyyat, radioelekron mübarizə və digər bölmələrin gücləndirilməsinə dair konkret tapşırıqlar verilib.

Azərbaycan Ordusunun gələcək fəaliyyət istiqamətinə dair qarşıya qoyulan tapşırıqların dəqiqləşdirilməsi və müvafiq planların yenilənməsi ilə bağlı aidiyyəti üzrə göstərişlər verilib.

Müşavirədə, həmçinin qoşunların qarşılıqlı fəaliyyətdə keçirilən intensiv təlim və məşqlərinin keyfiyyətinin daha da artırılmasının əhəmiyyəti qeyd edilib.

Azərbaycan Ordusunda keçirilən döyüş hazırlığı tədbirlərində yüksək texnologiya və xüsusi hazırlıqlı heyətin imkanlarından səmərəli istifadə edilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin ölkəmizdə keçirilən “Xəzri-2023”, “Eternity-2023” birgə təlimlərində və Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun ƏİK taboru və kəşfiyyat bölüyünün 2-ci səviyyəli yenidən qiymətləndirilməsində əldə edilən yüksək nəticələr qeyd olunub.

Qış dövrü ərzində bölmələrin döyüş hazırlığı və hərtərəfli təminatı məsələləri, eləcə də təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı qoşun növü komandanlarına müvafiq tapşırıqlar verilib.

General-polkovnik Z.Həsənov hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı vəzifəli şəxslərə aidiyyəti üzrə göstərişlər verib.

Nazir döyüş hazırlığı və döyüş tapşırıqlarının icrasında fərqlənən hərbi qulluqçuların mükafatlandırılması, o cümlədən gənc əsgərlərin adaptasiya prosesinə və digər şəxsi heyətə həssaslıqla yanaşılmasının əhəmiyyətini qeyd edib.

Müdafiə naziri Qarabağ bölgəsində döyüş texnikası, silah-sursat, xüsusilə mina və əldəqayırma partladıcı vasitələrin müsadirə edilməsi, o cümlədən ərazilərin minalardan təmizlənməsi zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına dair tapşırıqlar verib.

Sonda hərbi qulluqçuların, onların ailə üzvlərinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması və qayğılarının həlli istiqamətində görülən tədbirlərlə bağlı məruzələr dinlənilib, ətraflı müzakirələr aparılıb.

Paylaş:
336

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər