Qarabağda döyüş texnikası və silah-sursatın müsadirəsi barədə tapşırıq verildi
Qarabağ bölgəsində döyüş texnikası, silah-sursat, xüsusilə mina və əldəqayırma partladıcı vasitələrin müsadirə edilməsi, o cümlədən, ərazilərin minalardan təmizlənməsi zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına dair tapşırıqlar verilib.
1news.az xəbər verir ki, bu barədə tapşırığı Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün keçirilən xidməti müşavirədə verib.
General-polkovnik Z.Həsənov hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı vəzifəli şəxslərə aidiyyəti üzrə göstərişlər verib.
365