Şahin Mustafayev Rusiya Baş nazirinin müavini ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Şahin Mustafayev Rusiya Baş nazirinin müavini ilə görüşüb

Qafar Ağayev12:49 - 09 / 10 / 2023
Şahin Mustafayev Rusiya Baş nazirinin müavini ilə görüşüb

Oktyabrın 9-da Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası hökuməti sədrinin birinci müavini Andrey Belousov ilə görüşüb.

Bu barədə 1news.az-a Nazirlər Kabinetindən bildirilib

Qeyd edilib ki, görüşdə nəqliyyat-logistika sektorunda əməkdaşlığın perspektivləri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin icrası və gəmiqayırma sahəsində kooperasiya məsələləri müzakirə edilib.

Paylaş:
437

Son xəbərlər

Bütün xəbərlər