Dövlət Xidməti: Növbəti hərracda 26 nəqliyyat vasitəsi satılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 26 nəqliyyat vasitəsi satılıb.
Dövlət Xidmətindən 1news.az-a bildirilib ki, hərrac rəqabətli keçib. Belə ki, “Nissan Teana” markalı avtomobilin start qiyməti 6500 manat olsa da, son təklif 16 min 500 manata yüksəlib. Start qiyməti 7500 manat olan “Toyota Corolla” markalı nəqliyyat vasitəsi 14 min manata özəlləşdirilib.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/36359i linki vasitəsilə tanış olmaq olar.
Cari ay üzrə növbəti hərrac oktyabr ayının 17, 24 və 31-də keçiriləcək. Bu tarixlərdə keçiriləcək hərraclara 23 kiçik müəssisə, 2 yarımçıq tikili və 54 nəqliyyat vasitəsi çıxarılacaq.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu almaq olar.