Nazirlər Kabinetində Naxçıvanın sosial-iqtisadi inkişafına dair iclas keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Nazirlər Kabinetində Naxçıvanın sosial-iqtisadi inkişafına dair iclas keçirilib

Qafar Ağayev17:43 - 10 / 10 / 2023
Nazirlər Kabinetində Naxçıvanın sosial-iqtisadi inkişafına dair iclas keçirilib

Oktyabrın 10-da Nazirlər Kabinetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027 -ci illər üçün Dövlət Proqramı” ilə bağlı iclas keçirilib.

1news.az xəbər verir ki, Dövlət Proqramında nəzərdə tutulmuş işlər üzrə əsas icraçı orqanların rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin iştirak etdiyi iclasda Proqramın icra vəziyyətinə dair məsələlər müzakirə edilib.

Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov bildirib ki, Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027 -ci illər üçün Dövlət Proqramı”-nda müəyyən edilmiş 11 prioritet üzrə genişmiqyaslı tədbirlərin görülməsi nəzərdə tutulur. Belə ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq olunmuş sözügedən Dövlət Proqramının 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında biznes mühiti, ticarət, sənaye, kənd təsərrüfatı, turizm, energetika, infrastruktur, insan kapitalı və sosial sektorun inkişafı, institusional və ətraf mühit sahələrində 315 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd olunub ki, Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişinə əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən həyata keçirilir. Dövlət Proqramının monitorinq və qiymətləndirilməsinin aparılmasının təmin edilməsi məqsədi ilə monitorinq və hesabatlıq portalı ,o cümlədən, “Metodoloji çərçivə” hazırlanıb.

Sonra İİTKM-in icraçı direktoru Vüsal Qasımlı monitorinq və hesabatlıq portalını təqdim edib, monitorinq və qiymətləndirilmənin aparılması qaydaları haqqında məlumat verib. Qeyd edib ki, aidiyyəti qurumlar tərəfindən portalda yerləşdirilən məlumatlar əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən monitorinq və qiymətləndirmələr aparılaraq nəticələri Nazirlər Kabinetinə təqdim olunacaqdır.

Daha sonra iclasda Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə görülən işlərin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Paylaş:
348

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər