Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfəri ediblər | 1news.az | Xəbərlər
Siyasət

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfəri ediblər

Qafar Ağayev12:23 - 10 / 10 / 2023
Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfəri ediblər

Oktyabrın 10-da Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının iki hərbi gəmisi qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəlib.

1news.az xəbər verir ki, gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb.
Səfər çərçivəsində, gəmi heyətlərinin mədəni və tarixi abidələrlə tanışlıq üçün Bakı şəhərində gəzintisi, o cümlədən idman yarışı üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılıb.

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər