Bakıda MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin növbəti iclası keçirildi - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakıda MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin növbəti iclası keçirildi - FOTO

Qafar Ağayev15:27 - 11 / 10 / 2023
Bakıda MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin növbəti iclası keçirildi - FOTO

Oktyabrın 11-də Bakı şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının (SORB) 53-cü iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov və MDB ölkələrinin müvafiq orqanlarının rəhbərləri iştirak ediblər.

1news.az Dövlət Təhlükəsizliyi Xidmətinə istinadən xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir Azərbaycanın banisi və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra tədbirin rəsmi açılışı olub, gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. DTX-nin rəisi general-polkovnik Əli Nağıyev giriş nitqində qonaqları Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, tədbirin Bakı şəhərində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır. Xidmət rəisi SORB-un Belarusun Minsk şəhərində keçirilən son iclasından ötən qısa zaman ərzində dünyada təhlükəsizlik və geosiyasi cəhətdən bir sıra köklü dəyişikliklərin baş verdiyini, bəzi ölkələrdə yeni münaqişə ocaqlarının yarandığını, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, dini ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi hallarının artdığını və bu vəziyyətin ölkələrdə əməliyyat şəraitini xeyli mürəkkəbləşdirdiyini qeyd etmiş, tədbirin göstərilən istiqamətlərdə təcrübə və fikir mübadiləsi aparmağa, MDB dövlətlərinin mənfi təzahürlərə qarşı birgə mübarizə üsullarını və koordinasiyalı iş mexanizmini daha da təkmilləşdirməyə, gələcək fəaliyyətin konturlarını cızmağa əlavə imkanlar yaradacağına, mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin yeni mərhələyə yüksələcəyinə inandığını demişdir. Əli Nağıyev iclasın gündəliyində həlli vacib məsələlərin durduğunu, tədbir çərçivəsində dövlətlərin təhlükəsizliyi baxımından mühüm qərarların qəbul ediləcəyinə, ümumilikdə iclasın məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirmişdir.

Respublikamızda təhlükəsizliyə və sabitliyə əsas təhdidlərdən sayılan, Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri barədə məlumat verən general-polkovnik Əli Nağıyev bildirmişdir ki, həmin cinayətkar birliklərin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın ziddinə olaraq ərazilərimizdən çıxmaması, son zamanlar onlar tərəfindən yaşayış məntəqələrinin və kommunikasiyaların davamlı minalanması, ordumuzun mövqelərinin fasiləsiz atəş altında saxlanılması, mülki vətəndaşların və polis əməkdaşlarının həlak olması ilə nəticələnən terror aktlarının törədilməsi qısamüddətli antiterror tədbirlərinin keçirilməsini zəruri və təxirəsalınmaz etmiş, bununla da Azərbaycan Respublikası öz suverenliyini bərpa etmişdir.

Sonra iclas birlik ölkələrinin təhlükəsizlik məsələləri üzrə, o cümlədən MDB məkanında sabitliyin pozulmasına yönələn destruktiv fəaliyyətə və yeni çağırışlara qarşı səylər birləşdirilməklə birgə mübarizəyə dair digər iştirakçıların çıxışları və qarşılıqlı müzakirələrlə davam etmiş, yekun sənədlərin imzalanması ilə başa çatmışdır.

Paylaş:
507

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər