Faktiki hava açıqlandı: Küləyin maksimal sürəti 23 m/s-dək güclənib
Oktyabrın 11-i saat 17:00-a olan məlumatına əsasən, Quba, Qusar, Xaçmaz, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Gəncə, Neftçala, Biləsuvar, Lerik, Lənkəranda arabir yağış yağıb, şimal qərb küləyi bəzi yerlərdə arabir güclənib.
1news.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, küləyin maksimal sürəti Bərdə, Şəkidə 18 m/s, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 23 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18 dərəcəyədək, Naxçıvan MR-da 24 dərəcəyədək, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 8 dərəcəyədək isti olub.