Argentinada bir nəfərin qəhvə hazırlaması meşə yanğınlarına səbəb oldu
Argentinada bir nəfərin od üzərində qəhvə hazırlamağa çalışması səbəbindən kütləvi meşə yanğınları baş verib .
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kordoba əyalətinin meşələrində yanğınlar tüğyan edir.
Hazırda yüzlərlə yanğınsöndürən təyyarə, helikopter və yerüstü texnikadan istifadə edərək yanğını söndürməyə çalışır. Alovlar Argentinanın turizm mərkəzi olan Villa Karlos Paz da daxil olmaqla məskunlaşan ərazilərə çatır. Yerli sakinlər təxliyyə olunur və artıq qubernator lazım gələrsə, onlara dəyən maddi ziyanı ödəyəcəyinə söz verib.
Yanğının şübhəli mənbəyi 27 yaşlı argentinalı Ulises Pedro Jaratedir.
Yerli C5N nəşrinin məlumatına görə, o, səhər saat 11 radələrində qəhvə hazırlamaq üçün meşədə (bu qadağandır) od yandırıb, lakin vəziyyət nəzarətdən çıxıb. Quruluq və külək səbəbindən alov sürətlə yayılıb. Uliss indi yanğına səbəb ittihamı ilə saxlanılıb.