İsraildə həlak olan azərbaycanəsilli vətəndaşların sayı 7-yə çatdı - ADLAR
HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan azərbaycanəsilli şəxslərin adları açıqlanıb.
1news.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
O bildirib ki, həlak olan azərbaycanəsilli şəxslərin sayı 7 nəfərdir.
Həlak olanların adları aşağıdakı kimidir:
Şamil Abbasov (İsrail vətəndaşı)
Emin Axundov (İsrail vətəndaşı)
İlkin Nəzərov (Azərbaycan vətəndaşı)
Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir)
Roman Gandel (İsrail vətəndaşı)
Eden Abdullayev (İsrail vətəndaşı)
Emil Samuyelov (vətəndaşlığı dəqiqləşdirilir).
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub.