Kəmaləddin Heydərov: “Ermənistanın torpaqlarımızdakı qeyri-qanuni hərbi birləşmələri məhv edildi” | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəmaləddin Heydərov: “Ermənistanın torpaqlarımızdakı qeyri-qanuni hərbi birləşmələri məhv edildi”

Qafar Ağayev09:43 - 12 / 10 / 2023
Kəmaləddin Heydərov: “Ermənistanın torpaqlarımızdakı qeyri-qanuni hərbi birləşmələri məhv edildi”

"Qarabağ Azərbaycandır!" həqiqətinin parlaq təzahürü olan və bu ilin sentyabr ayında 24 saatdan da az müddətdə davam edən lokal xarakterli antiterror tədbirlərində Qarabağda yerləşən separatçıların başı əzildi, Ermənistanın torpaqlarımızdakı qeyri-qanuni hərbi birləşmələri məhv edildi".

1news.az xəbər verir ki, bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük xilaskarlıq missiyasını qətiyyətlə yerinə yetirməklə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpasına nail olub: "Xalqımızın qəhrəmanlıq salnaməsini yenidən yazan dövlət başçısının rəhbərliyi ilə müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürüb, torpaqlarımızı işğalçılardan təmizləyib, 200 ildən bəri davam edən erməni mifi və illüziyalarını tamamilə məhv edib. "Qarabağ Azərbaycandır!" həqiqətinin parlaq təzahürü olan və bu ilin sentyabr ayında 24 saatdan da az müddətdə davam edən lokal xarakterli antiterror tədbirlərində Qarabağda yerləşən separatçıların başı əzildi, Ermənistanın torpaqlarımızdakı qeyri-qanuni hərbi birləşmələri məhv edildi. Bu qələbə suverenliyimizin tam bərpa edilməsi ilə tarixə əbədi qızıl hərflərlə daxil oldu".

Nazir qeyd edib ki, bu gün Prezidentin qətiyyətlə həyata keçirdiyi Böyük qayıdış proqramı həm Qarabağımızın, Şərqi Zəngəzurun, həm də geniş mənada Azərbaycanın yeni işıqlı sabahlarından xəbər verir: "Hazırda Qarabağ və Şərqi Zəngəzur ərazisi böyük bir tikinti meydançasına bənzəyir - nəhəng infrastruktur layihələri uğurla icra olunur, yaşayış məntəqələri tamamilə yenidən qurulur, sənaye, kənd təsərrüfatı və xidmət sektoruna aid müəssisələr inşa olunur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəal təşəbbüsləri ilə Qarabağda və Şərqi Zəngəzurda reallaşdırılan layihələr, erməni vandalları tərəfindən dağıdılmış qədim mədəni və dini abidələrimizin sürətlə bərpası istiqamətində görülən misilsiz tədbirlər xalqımız tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanır".

Paylaş:
329

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər