QAİ: Azərbaycanlıların qayıdış hüququ məsələsində ayrı-seçkiliyə məruz qoyulması bölgədə gərginliyi artırmaq məqsədi daşıyır | 1news.az | Xəbərlər
Siyasət

QAİ: Azərbaycanlıların qayıdış hüququ məsələsində ayrı-seçkiliyə məruz qoyulması bölgədə gərginliyi artırmaq məqsədi daşıyır

Qafar Ağayev12:14 - 12 / 10 / 2023
QAİ: Azərbaycanlıların qayıdış hüququ məsələsində ayrı-seçkiliyə məruz qoyulması bölgədə gərginliyi artırmaq məqsədi daşıyır

Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsində ayrı-seçkiliyə məruz qoyulması sülh prosesini pozmaq və bölgədə gərginliyi artırmaq məqsədi daşıyır.

1news.az-ın xəbərinə görə, bu, Qərbi Azərbaycan İcmasının bəyanatında öz əksini tapıb.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən və bununla da Ermənistan və Azərbaycan arasında davamlı sülhün əldə edilməsi perspektivindən narahat olmuş Fransa və bəzi bədxah qüvvələr növbəti təxribatlarına başlayıblar.

Fransanın təşəbbüsü ilə bir qrup dövlət 2023-cü il oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat veriblər. Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin köçməsinin səbəbləri ilə əlaqədar böhtan xarakterli iddialar yer alır və qayıdış hüququ məsələsi ilə spekulyasiya edilir. Bundan əlavə, eyni gündə Fransanın xarici işlər naziri ermənilərin Azərbaycana qayıdışına dair BMT-nin Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsi istiqamətində təşəbbüs irəli sürəcəkləri barədə məlumat vermişdir. Oxşar addımların Avropa Şurası Parlament Assambleyasında da atıldığı barədə məlumatlar daxil olur.

Qeyd olunub ki, hamısı eyni mərkəzdən idarə olunan bu təşəbbüslərin söykəndiyi iddialar yanlışdır. Bu təşəbbüslər insan hüquqlarına deyil, sülh prosesini pozmağa və bölgədə gərginliyin artırılmasına xidmət edir.

Hamıya məlumdur ki, ermənilərin Qarabağdan köçməsini həyata keçirmiş, onlar arasında onilliklər ərzində sistematik olaraq, etnik dözümsüzlüyü təbliğ etmiş və onların Azərbaycan cəmiyyətinə reinteqrasiyasına mane olan Ermənistandır. Belə ki, Ermənistan Azərbaycanda uğurlu reinteqrasiyanın və birgəyaşayışın, Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtması perspektivlərini gücləndirəcəyini hesab edir. Məhz bu səbəbdən Ermənistan Qarabağdakı qanunsuz rejimin çökməsindən sonra, orada yaşayan ermənilərin Azərbaycana labüd reinteqrasiyasının qarşısını almaq üçün onların Ermənistana köçməsini təşkil etmişdir. Bu azmış kimi, Ermənistan ordusunun tör-töküntüləri Qarabağdan çıxarkən oradakı mülki infrastrukturu, inzibati binaları, fərdi yaşayış evlərini, əkin sahələrini minalayaraq oranı yaşanmaz hala gətirmişdir. Səbəb aydındır - mono-etnik siyasətindən əl çəkməmiş Ermənistan iki xalqın nümayəndələrinin nə Ermənistanda, nə də Azərbaycanda birgəyaşayışına yol vermək istəyir.

Fransanın sözügedən təşəbbüslərinin sülhə və insan hüquqlarına xidmət etmədiyinə dair ən bariz sübut həmin təşəbbüslərdə Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun yer almamasıdr. Bu, insan hüquqlarının əsas qayəsi olan insanların hüquq bərabərliyi prinsipinin nümayişkaranə şəkildə tapdanmasıdır. Aydındır ki, Fransa və qeyriləri azərbaycanlılara qarşı bu cür hiddət doğuran ayrı-seçkiliyə yol verərək, bölgədə gərginliyi artırmaq və sülh prosesini pozmaq niyyətini güdürlər. Fransanın Ermənistana böyük həcmdə silah, sursat və hərbi texnika satdığını da nəzərə alsaq, onun regionda müharibəni yenidən alovlandırmaq niyyətində olmasına dair heç bir şübhə yeri qalmır.

BMT-nin İnsan Hüquqları Şurasında verilmiş birgə bəyanata qoşulmuş dövlətləri qətiyyən haqq-ədalət maraqlandırmaması onların özlərinin insan haqları sahəsində bədnam göstəricilərindən də görünür.

Əlcəzairdə soyqırımı törətmiş, Korsika dilini qadağan edən, milli azlıqların hüququnu tanımayan Fransanın irqçi, islamofob siyasət yürütməsi heç kimdə şübhə doğurmur. Əminik ki, Cənubi Qafqaz regionuna daxil olmağa çalışan, ambisiyası ilə imkanları üst-üstə düşməyən Fransa Nigerdə və digər ölkələrdə olduğu kimi rüsvayçı məğlubiyyətə düçar olacaq. Yerli xalqları məhv etmiş, saxta ittihamlarla Əfqanıstanı və İraqı işğal edib bu xalqlara çoxsaylı müsibətlər gətirmiş ABŞ, Avstraliya, Kanada törətdikləri ədalətsizliklərə görə məsuliyyət daşıyırlar. Nasist ideologiyası əsasında iki dəfə dünya müharibəsini törədərək on milyonlarla insanın ölümünə bais olmuş, Namibiyada bütöv tayfaları məhv etmiş Almaniyanın insan hüquqları örtüyü altında beynəlxalq aləmdə yenidən aktivləşməsi beynəlxalq sülh və təhlükəsizlik üçün yaxşı heç nə vəd etmir. Latın Amerikasında kütləvi qətliamlar törətmiş İspaniyanın, Nankin qırğını da daxil olmaqla, kütləvi cinayətlər törətmişYaponiyanın, Srebreniça soyqırımının günahkarlarından biri, Qrenlandiyada yerli xalqların artımının qarşısını almaq üçün kimi utancverici praktikadan istifadə etmiş Danimarkanın insan hüquqlarından danışmağa haqqı yoxdur. Rus etnik azlığını sıxışdıran, onları vətəndaşlıqdan məhrum edən Litvanın və özünü Kipr kimi qələmə verən bir qurumun beynəlxalq təşkilatlarda anti-Azərbaycan fəaliyyəti sadəcə gülüş hissi doğurur. Slovakiyanın ermənilərin hüquqları ilə bağlı spekulyasiyalarda iştirak etməkdənsə, öz ərazisindəki macar etnik azlığın hüquqlarını təmin etməsi daha ədalətli olardı. Parlamentinin qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayının Ermənistan parlamentinin oxşar qətnamələrindən çox olan Niderlandın sistematik anti-Azərbaycan siyasət aparması və Avstriyanın isə çoxdan türkəfobiya mərəzinə tutulmuş ölkə olması hamılıqla bilinən həqiqətdir.

Birgə bəyanata qoşulan ölkələrin Azərbaycana “öyüd-nəsihət” vermək üçün heç bir mənəvi əsasları yoxdur və onlar siyasi natamamlıqlarına, ölkələrə və məsələlərə dini və etnik qərəz prizmasından yanaşmağa, səlibçi mentalitetinə son qoymalıdırlar.

Qərbi Azərbaycan İcması hesab edir ki, post-münaqişə dövrü məsələləri, o cümlədən, münaqişənin təsirinə məruz qalmış insanların beynəlxalq humanitar hüquq və insan hüquqlarından irəli gələn məsələləri aidiyyəti dövlətlərin reinteqrasiya səyləri çərçivəsində, hər iki dövlətin ərazi bütövlüyü və suverenliyi daxilində, qarşılıqlılıq və insanların hüquq bərabərliyi prinsipi əsasında həll edilməlidir.

Bu baxımdan, Ermənistanın Fransanın fitnəsinə gedərək, BMT-nin İnsan Hüquqları Şurasındakı təxribatına dəstək verməsi çox yanlış addımdır. Ermənistanın Fransa başda olmaqla xarici dairələrin regionda sülh və ədalət məsələlərinə destruktiv müdaxiləsinə şərait yaratması onun sülhə sadiqliyini əsaslı şəkildə şübhə altına alır.

İcma Ermənistan hökumətini öz tarixi və hüquqi məsuliyyətini dərk etməyə, Fransanın sözügedən təxribatlarında iştirak etməməyə, azərbaycanlıların qayıdışına şərait yaradaraq, insan hüquqlarına əməldə hörmət etməyə və sülh üçün yaranmış əvəzsiz imkanı lazımınca qiymətləndirməyə çağırır.

Paylaş:
351

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər