Xaçmazda oğurlanan avtomobillə qəza törədilib

Xaçmazda yol qəzası baş verib.
1news.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini 21 yaşlı Ramil Balamirzəyevin idarə etdiyi “VAZ-21014” markalı nəqliyyat vasitəsi “Mercedes” markalı avtomobilə çırpılıb. Nəticədə R.Balamirzəyev hadisə yerində ölüb. Onun qəzaya düşdüyü avtomobili oğurlayaraq qaçırdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
359