Lənkəranda balıq tutarkən cərəyan vuran gəncin ölməsi faktı araşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda balıq tutarkən cərəyan vuran gəncin ölməsi faktı araşdırılır

13:15 - 21 / 10 / 2023
Lənkəranda balıq tutarkən cərəyan vuran gəncin ölməsi faktı araşdırılır

Lənkəranda balıq ovu zamanı elektrik cərəyanı vuran gəncin ölüm faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə 1news.az-a Baş Prokurorluqdan məlumat verilib.

Belə ki, oktyabrın 20-də 1996-cı il təvəllüdlü Fərid Aslanlının Girdəni çayının Lənkəran rayonunun Göyşaban kəndi ərazisindən keçən hissəsində balıq ovlayarkən tilovun uc hissəsinin hündürlükdən keçən elektrik naqilinə təmas etməsi səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
210

Son xəbərlər

Bütün xəbərlər