Bu gün dəfninə görə ermənilərin atəşkəs etdiyi tanınmış xanəndə Səxavət Məmmədovun doğum günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün dəfninə görə ermənilərin atəşkəs etdiyi tanınmış xanəndə Səxavət Məmmədovun doğum günüdür

13:49 - 23 / 10 / 2023
Bu gün dəfninə görə ermənilərin atəşkəs etdiyi tanınmış xanəndə Səxavət Məmmədovun doğum günüdür

İfaçılıq sənətində dinləyicinin, ümumən xalqın qəlbinə yol tapmaq, sevilmək, əbədiyaşarlıq qazanmaq heç də hamıya nəsib olan xoşbəxtlik deyil.

Bu, Tanrının sevib-seçdiyi insanların qismətidir. Belələri əzəldən ruhu, qanı, canı ilə sənətə bağlı olur, addımbaaddım irəliləyərək zirvələri fəth edirlər. Deyirlər ki, sənətkarı mühit, zaman yetişdirir. Əgər belə olmasaydı, ustadların yolu sonrakı nəsillərin yaradıcılığında öz davamını tapmazdı. Hər bir sənətkar özündən sonrakı nəslə bir örnəkdir. Bənzərsiz ifaçılığı ilə seçilən xanəndə Səxavət Məmmədov da belələrindən idi.

1news.az xəbər verir ki, bu gün tanınmış xanəndə, muğam ustası Səxavət Məmmədovun anadan olmasının 68-ci il dönümüdür.

Səxavət Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində dünyaya göz açıb. Uşaqlıq və gənclik illərindən “Segah” muğamına bağlı olan sənətkarın, oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül", "Sona Bülbüllər" və s. Mərhum sənətkarın ən yaddaqalan ifalarından olan “Azad bir quşdum” mahnısıdır.

1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olan Səxavət ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə “Hümayun” xalq ansamblının solisti olur. 1983-88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yaranıb. Cəmi 38 il ömür sürən Səxavət Məmmədov təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırır.

Bənzərsiz səsə malik xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasında dünyasını dəyişib. Ailə üzvlərinin sözlərinə görə, Səxavət Məmmədovun dəfn olunduğunu öyrənən ermənilər dəfnin sonuna qədər atəşkəs ediblər.

Paylaş:
403

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər