Narazılıq, gecikmə, qadağa - Acun Ilıcalının Bakı səfəri nə ilə yadda qaldı? - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Narazılıq, gecikmə, qadağa - Acun Ilıcalının Bakı səfəri nə ilə yadda qaldı? - FOTO

Ayşən İsmayılova16:46 - 23 / 10 / 2023
Narazılıq, gecikmə, qadağa - Acun Ilıcalının Bakı səfəri nə ilə yadda qaldı? - FOTO

Türkiyəli iş adamı, TV8 kanalının rəhbəri Acun Ilıcalı ötən gün Bakıya gəlib.

Bakı Konqres Mərkəzində baş tutan və bilet qiymətləri 40-490 manat arasında olan “İnnovativ inkişaf və fürsətlər” seminarı tədbir iştirakçıları tərəfindən heç də birmənalı qarşılanmayıb. Seminara maariflənmək niyyəti ilə gələn insanların bir qismi A.Ilıcalının söhbətindən əylənib zövq alsa da, böyük bir qisim “yola verildiyini” görüb narazılıq etdi.

Jurnalist Gülşən Raufqızı tədbirlə bağlı, türkün məsəli, “hüsran”ını bu sözlərlə dilə gətirib:

“Tədbir yenicə başlamışdı ki, türkiyəli qardaşımızın “bundan sonrası üçün çəkimi dayandırırıq, kimsə telefonla çekmesin, çok özel şeylər konuşacağım” deməsi tamaşaçıda böyük maraq yaratdı.

Vaxt keçdikcə isə bunun növbəti şou anons olduğunu anladıq. A.Ilıcalının 90 dəqiqəlik çıxışı nəzərdə tutulsa da, görüşü 1 saata yola verməsi də diqqətdən qaçmadı. Doğrudur, televiziya rəhbərinin hər sözünə gülməkdən özünü saxlaya bilməyən və ətrafda “bu nəyə gülür” baxışları ilə onu məzəmmət edən tamaşaçılar da oldu, qorumaları keçib səhnənin yaxınlığına qədər gələn və hədiyyəsini Acun Ilıcalıya vermək istəyən qız da. Ona mane olmaq istəyənlərə, bu dəfə Acundan irad gəldi: “Bura qədər gəlib, indimi mane olacaqsınız?”

Nəsə bu qızın səhnəyə çıxması ilə “Uğurlarımın kökündə empati hissi dayanır. Ömrüm boyunca özümü qarşımdakı insanın yerinə qoyaraq yaşadım”, - deməsi də bir o qədər səmimi təsir bağışlamadı. Niyə? - deyə soruşsanız, cavabı çox sadədir. Adam tamaşaçılara inkişaf karyerasından çox, müxbirlik etdiyi dönəmlərdə çəkdiyi verilişlərdən roliklər izlətdirdi, hansı ki, yutubdan çox asanlıqla tapıb izləyə bilərsiniz. Əgər özünün də dediyi kimi empati hissi olsaydı, tamaşaçının ondan nə istədiyini sezərdi. Hətta təşkilatçıların, sponsorların hədiyyələrini qəbul etmədən, səhnədən qaçmağa çalışmazdı...

Doğrusu, bizim kimi dəvətlə tədbirdə iştirak edənlərə baxanda, 490 manat verib bilet alanlara adamın lap ürəyi ağrıyır. Bir də əməlli-başlı özünə maya qoyub Acunla bir səhnəyə çıxacağı xəyalını quran bəzi həmvətənlərimizə. Özünüz olun, sadə olun, eqonuza qalib gəlməyə çalışın, xanımlar və cənablar! Yoxsa həmişə o pilləkənlərdən aşağı düşürülməyə məcbur olacaqsınız.

Əslində, Acun Ilıcalının indiki nöqtəyə gəldiyi məqamın uğurunun sirrini öyrənmək üçün baş sındırmağa gərək yoxdur. Səbəb çox sadədir: Adam adi həyatından fraqmentlər danışmağı belə pulla satır... Hələ Azərbaycandakı televiziya kanalında 10 dəqiqəlik efir üçün 35 min manat istəməsi varlanmaq sirrinin pik nöqtəsidir...”

Qələmini itiləyib seminara irad tutanlardan biri də jurnalist Tural Müseyibov olub. O, “Facebook” səhifəsində “Heç olmasa tədbirin adını başqa cür yazardınız. “İnnovativ inkişaf, startaplar və fürsətlər” deyə tənqidi paylaşım edib.

Jurnalist Könül İbrahim isə “qonaqlar” umduğunu deyil, bulduğunu yedi” deyə paylaşım edərək Acun Ilıcalının "silsilə gecikmə"lərindən və seminarda yaşananlardan bəhs edib.

Qeyd edək ki, A.Ilıcalı seminardan öncə jurnalistlərə açıqlama verərkən "Atamın anası azərbaycanlı olub. Kiçik yaşlarımdan Azərbaycanı sevirəm" deyərək Azərbaycanla qan bağı olduğunu açıqlayıb. O, həmçinin Bakıda şou proqram təşkil etmək istədiyini və “Survivor”ın yarımfinalını Azərbaycanda keçirə biləcəklərini söyləyib.

Bundan əlavə, Acun Ilıcalı “Hünər Group”un qonağı olub. Görüşdən sonra iki futbol klubunun sahibi olan Acun Ilıcalıya “Turan Tovuz” PFK-nın forması hədiyyə edilib. Ilıcalının sahib olduğu “Hal Siti” klubu ilə “Turan Tovuz" arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi haqqında razılıq da əldə olunub. İlkin razılığa əsasən klubun əməkdaşları, məşqçi və futbolçu heyəti “Hall Siti”nin iş prinsiplərini öyrənmək və təcrübələrini artırmaq üçün İngiltərədə klubun düşərgəsində təcrübə keçəcəklər.

Paylaş:
939

Son xəbərlər

Azərbaycanda 7 ayda uyğunluğu qiymətləndirən 32 qurum akkreditasiya edilib18 / 09 / 2024, 17:49Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib18 / 09 / 2024, 17:43Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək18 / 09 / 2024, 17:42QDF-lə TƏBİB arasında əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO18 / 09 / 2024, 17:37“ADEX” sərgisi 5 illik yubileyini qeyd edir - FOTO18 / 09 / 2024, 17:29Şəmkir sakini ağacdan yıxılaraq ölüb18 / 09 / 2024, 17:10Ceyhun Bayramov: Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır18 / 09 / 2024, 17:03Bakıda daha bir yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq18 / 09 / 2024, 16:26Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb18 / 09 / 2024, 16:23Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib - FOTO18 / 09 / 2024, 16:05Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub18 / 09 / 2024, 15:50Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə çağırış edilib18 / 09 / 2024, 15:43Allahşükür Paşazadə sabah Rusiyaya gedəcək18 / 09 / 2024, 15:09Hikmət Hacıyev: İşğal dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıb18 / 09 / 2024, 14:57Bal yarmarkasında satışa ən çox cökə balı çıxarılıb18 / 09 / 2024, 14:53Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildi18 / 09 / 2024, 14:24Kütləvi davada tələbə 5 xəncər zərbəsi alıb18 / 09 / 2024, 14:07“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilib18 / 09 / 2024, 13:37Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşib18 / 09 / 2024, 13:16Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib - Baş nazir qərar imzaladı18 / 09 / 2024, 13:12
Bütün xəbərlər