Ceyhun Bayramov İrana səfər edib | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov İrana səfər edib

Qafar Ağayev11:28 - 23 / 10 / 2023
Ceyhun Bayramov İrana səfər edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İran İslam Respublikasına işgüzar səfərə yola düşüb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Paylaş:
349

Son xəbərlər

Bütün xəbərlər