İcma rəsmisi ATƏT-i qərbi azərbaycanlıların geri qayıdışına dəstək verməyə çağırıb | 1news.az | Xəbərlər
Siyasət

İcma rəsmisi ATƏT-i qərbi azərbaycanlıların geri qayıdışına dəstək verməyə çağırıb

Qafar Ağayev14:19 - 24 / 10 / 2023
İcma rəsmisi ATƏT-i qərbi azərbaycanlıların geri qayıdışına dəstək verməyə çağırıb

Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcması insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq qurumların fəaliyyətində yaxından iştirak edərək, Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətli şəkildə geri qayıtması hüququ məsələsini qaldırır və ona beynəlxalq dəstəyin əldə edilməsi üçün səylər göstərir. Sözügedən sahədə müvafiq mexanizmlərdən biri ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığıdır.

Qərbi Azərbaycan İcmasından 1news.az-a bildiriblər ki, İcmanın İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı institutunun növbəti tədbirində iştirak edib. Qurumun təsis edilməsinin 30 illiyi münasibətilə oktyabrın 24-də Niderlandın paytaxtı Haaqa şəhərində ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani, Baş katibi Helqa Şmid, Milli Azlıqlar üzrə Ali Komissarı Kayrat Abdraxmanov, BMT Katibinin insan hüquqları üzrə köməkçisi İlze Brands Kehris və digər yüksək səviyyəli xadimlərin iştirakı ilə keçirilmiş tədbirdə ATƏT məkanında milli azlıqların hüquqlarının qorunması sahəsində vəziyyət, bu sahədə iştirakçı dövlətlərin öz öhdəliklərini və ATƏT-in tövsiyələrini yerinə yetirməsi və milli azlıqların hüquqlarının qorunması ilə sülh və təhlükəsizlik arasında əlaqə kimi mövzularda müzakirələr aparılıb.

Müzakirələrdə iştirak edən Qərbi Azərbaycan İcmasının sədr müavini R.Həsən Ermənistandan azərbaycanlıların qovulması barədə ətraflı məlumat verib, Ermənistanın hərəkətlərinin beynəlxalq insan hüquqlarının digər aspektləri ilə yanaşı, milli azlıqların hüquqları üzrə beynəlxalq normalara, o cümlədən, ATƏT-in bu sahədəki müvafiq sənədlərinə zidd olduğunu vurğulayıb.

İcma özünün insan hüquqları gündəliyinin və qayıdış hüququnun beynəlxalq səviyyədə təşviqi üçün ATƏT və digər beynəlxalq təşkilatların müvafiq fəaliyyətlərində iştirakını davam etdirəcək.

Paylaş:
336

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər