İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

Qafar Ağayev15:50 - 24 / 10 / 2023
İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.

1news.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vurğulandı. Bu baxımdan ölkəmizin müxtəlif yerlərində "Mustafa Kamal Atatürk - 2023" Azərbaycan-Türkiyə birgə taktiki təliminin keçirilməsindən, təlim zamanı yüksək peşəkarlığın və bacarığın nümayiş etdirilməsindən məmnunluq ifadə olundu.

Türkiyə Respublikasının milli müdafiə naziri bu təlimlərin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğuladı.

Söhbət zamanı Azərbaycanın və Türkiyənin dövlət başçılarının mütəmadi görüşlərinin və təmaslarının münasibətlərimizin inkişafında rolu qeyd olunaraq, bu ilin sentyabrında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfərinin əhəmiyyətinə toxunuldu.

Görüşdə Azərbaycanın ötən ay həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunduğu xüsusi qeyd edildi.

Söhbət zamanı Yaşar Gülərin Azərbaycana səfərinin əlaqələrimizin inkişafına, o cümlədən hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etdiyi bildirildi, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş:
475

Son xəbərlər

31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50
Bütün xəbərlər