Baş nazir Əli Əsədov Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Baş nazir Əli Əsədov Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüşüb

Qafar Ağayev16:53 - 25 / 10 / 2023
Baş nazir Əli Əsədov Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüşüb

Oktyabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Hindistan Respublikasının ticarət və sənaye üzrə dövlət naziri xanım Anupriya Patel ilə görüşüb.

1news.az xəbər verir ki, görüşdə Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının önəmi vurğulandı. İclasda qəbul edilən qərarların və imzalanan sənədlərin iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminlik ifadə olundu.

Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyəti barədə danışan Ə.Əsədov ötən dövrdə ölkənin gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təşkilatın beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi onun Hərəkata sədrliyinin daha bir il uzadıldığını bildirdi.

İkinci Qarabağ müharibəsindən sonra regionda cərəyan edən proseslər barədə fikirlərini bölüşən Baş nazir ötən dövrdə Azərbaycanın ciddi səylərinə baxmayaraq, Ermənistanın öz silahlı qüvvələrini Qarabağ ərazisindən çıxarmaqdan boyun qaçırdığını, üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini davamlı olaraq pozduğunu, müxtəlif hərbi təxribatlara əl atdığını dedi.

Vurğulandı ki, sentyabr ayında baş vermiş növbəti təxribatdan sonra Azərbaycan qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində öz suverenliyini tam şəkildə təmin etmişdir. Azərbaycan Ordusunun yüksək peşəkarlıq göstərərək yalnız hərbi hədəflərə zərbələr endirdiyi, mülki infrastrukturu və mülki şəxsləri hədəfə almadığı qeyd edildi.

Bildirildi ki, hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazda sülhün bərqərar edilməsi üçün tarixi şərait yaranmışdır. Diqqətə çatdırıldı ki, belə bir həssas məqamda Ermənistan tərəfinin fəal şəkildə silahlanması sülh prosesinə ciddi zərbə vurur, Cənubi Qafqaz bölgəsində sülh və sabitlik üçün yeni təhdidlər yaradır.

Görüşdə həmçinin Azərbaycan-Hindistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olundu.

Paylaş:
436

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər