2022-ci ildə 605 təhsildən yayınma halı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

2022-ci ildə 605 təhsildən yayınma halı olub

Qafar Ağayev11:26 - 25 / 10 / 2023
2022-ci ildə 605 təhsildən yayınma halı olub

Azərbaycanın 12 iqtisadi rayonu üzrə 605 təhsildən yayınma halı olub.

1news.az-ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatına əksini tapıb.

Qeyd edilib ki, Bakı şəhərinin 12 rayonu üzrə 29 təhsildən yayınma halı qeydə alınıb– Nəsimi ra- yonu üzrə 8 nəfər (6 oğlan, 2 qız), Pirallahı rayonu üzrə 21 nəfər (12 oğlan, 9 qız).

Azərbaycanın 12 iqtisadi rayonu üzrə 605 təhsildən yayınma halı diqqət mərkəzində olub. Bu rayonlar arasında cənub bölgəsinin məktəblərində təhsil davamiyyəti aşağı olub. Belə ki, Lənkəran-Astara iqtisadi rayonu üzrə 141 nəfər (54 qız, 87 oğlan) təhsildən yayınıb.

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər