“1991-ci ildən indiyə kimi Azərbaycanda 3413 nəfər mina qurbanı olub”
Azərbaycanda 10 noyabr 2020-ci il tarixindən 26 oktyabr 2023-cü ilə tarixinə qədər 50 mülki şəxs mina qurbanı olub, o cümlədən 105 mülki şəxs yaralanıb.
1news.az-ın xəbərinə görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunu X sosial platformasında paylaşımında bildirib.
Həmçinin bu dövr ərzində 15 hərbçi mina partlaması nəticəsində həlak olub, 164-ü isə xəsarət alıb.
Prezidentin köməkçisi vurğulayıb ki, ümumilikdə götürdükdə yuxarıda qeyd edilən dövr ərzində 65 nəfər mina partlaması nəticəsində həlak olub, 269 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hikmət Hacıyev onu da qeyd edib ki, 1991-ci ildən indiyə kimi Azərbaycanda 3413 nəfər mina qurbanı olub. Onlardan 357 nəfər uşaq və yeniyetmə, 38 nəfər isə qadındır.