Sahibə Qafarova Mustafa Kamal Atatürkün məzarını ziyarət edib | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Mustafa Kamal Atatürkün məzarını ziyarət edib

Qafar Ağayev17:34 - 26 / 10 / 2023
Sahibə Qafarova Mustafa Kamal Atatürkün məzarını ziyarət edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankarada Anıtqəbirə gəlib.

1news.az xəbər verir ki, spiker və nümayəndə heyətinin üzvləri burada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət edərək, xatirəsini ehtiramla yad edib. Sahibə Qafarova məzarın önünə əklil qoyub.

Sonra Milli Məclisin sədri Xatirə kitabına ürək sözlərini yazıb.

Paylaş:
535

Son xəbərlər

Bütün xəbərlər