Aytən Seyidova: “Azərbaycan Dövləti dağ-mədən sənayesinin inkişafına hərtərəfli şəkildə dəstək göstərir” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Aytən Seyidova: “Azərbaycan Dövləti dağ-mədən sənayesinin inkişafına hərtərəfli şəkildə dəstək göstərir”

Qafar Ağayev12:50 - 26 / 10 / 2023
Aytən Seyidova: “Azərbaycan Dövləti dağ-mədən sənayesinin inkişafına hərtərəfli şəkildə dəstək göstərir”

“Azərbaycan dövləti qeyri-neft sektorunun ayrı-ayrı perspektivli sahələrinə, o cümlədən dağ-mədən sənayesinin inkişafına hərtərəfli şəkildə dəstək göstərir” .

1news.az xəbər verir ki, bunu ETSN-in şöbə müdiri Aytən Seyidova Bakıda keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumunda jurnalistlərə açıqlamasında deyib.

“Regionlarımızda müxtəlif növ faydalı qazıntı ehtiyatlarının olması, eləcə də dağ-mədən sənayesində istehsal edilən məhsullara dünya bazarında tələbatın artması, bu sahədə potensialın yüksək olmasının göstəricisidir. Lakin bu nailiyyətlərlə yanaşı, ətraf mühitin qorunması üçün dağ-mədən müəssisələrinə iqtisadi-ekoloji cəhətdən yanaşılması vacibdir”.

“Şöbə müdiri qeyd edib ki, yer təki istifadəçilərində hasilat zamanı faydalı qazıntıların normadan artıq itkisinə yol verilməməsi, mineral-xammal ehtiyatlarından ekoloji cəhətdən təhlükəsiz şəkildə istifadə edilməsi, ətraf mühitə atılan tullantıların minimuma endirilməsi və bu kimi istiqamətlərdə ekoloji məsuliyyət olmalıdır.

“Mədənçıxarma müəssisələrinin uğurlu inkişafı hazırda sosial və ekoloji məsuliyyət sistemlərinin tətbiqi olmadan mümkün deyil”.

A.Seyidovanın sözlərinə görə, bunun üçün ilk növbədə müvafiq bərpa proqramlarının hazırlanması, ekoloji və sosial yönümlü tədbirlərin planlaşdırması zəruridir və bunların hamısı mədən istismara verilməzdən əvvəl olmalıdır.

“Eyni zamanda yeni texnologiyaların istifadəsinin təşviq edilməsi bu sahədə tullantıların və ətraf mühitin çirklənməsinin minimum həddə çatdırılmasında əsas rol oynayacaq”.

Paylaş:
563

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər