“Azərbaycan geoloji axtarış və qiymətləndirmə işlərində Türkiyə təcrübəsini öyrənməyi planlaşdırır” | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərbaycan geoloji axtarış və qiymətləndirmə işlərində Türkiyə təcrübəsini öyrənməyi planlaşdırır”

Qafar Ağayev13:23 - 27 / 10 / 2023
“Azərbaycan geoloji axtarış və qiymətləndirmə işlərində Türkiyə təcrübəsini öyrənməyi planlaşdırır”

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumu davam edir.

Hazırda Forumun III və IV sessiyaları keçirilir. Sessiyalarda geologiya və dağ-mədən sənayesində qabaqcıq metod və texnologiyaların tətbiqi, geologiya və dağ-mədən sənayesində hesabatlılıq və investisiya trendləri ilə bağlı yerli və xarici mütəxəssislər çıxış edir.

1news.az xəbər verir ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Elçin Məcidov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan hökuməti geoloji axtarış və qiymətləndirmə işlərində Türkiyə təcrübəsini öyrənməyi planlaşdırır.

Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumu barədə danışan sədr müavini bildirib ki, məqsəd ölkəmizin dağ-mədən sənayesinin potensialını beynəlxalq arenaya çatdırmaq, kommunikasiyalar qurmaq, qarşılıqlı məlumat mübadiləsini təşkil etməkdir:

"Forum çərçivəsində 30-a yaxın ölkənin mütəxəssislərinin həm çıxışları, həm də sessiyalarda təqdimatları keçirilir. Sessiyalarda əsas məqsəd yeni metodologiyanın öyrənilməsi, hesabatlılığın təşkil edilməsidir. Paralel olaraq Türkiyənin aidiyyəti dövlət qurumları ilə üçtərəfli görüşlər keçirilir. Onlarla qarşlıqlı məlumat mübadiləsi və gələcək əməkdaşlıqla bağlı müzakirələr aparılır".

"Türkiyədən əsasən mövcud qanunvericiliyin tətbiqinin hansı formada aparılmasını öyrənmək istəyirik. İcazələrin verilməsi, dövlət nəzarətinin hansı formada təşkil olunması ilə bağlı məlumat mübadiləsi, həmçinin bizim Mədən Axtarış Baş İdarəsi ilə Geoloji Kəşfiyyat Agentliyinin qarşlıqlı əlaqələrinin qurulması, geoloji axtarış-qiymətləndirmə işlərində Türkiyə təcrübəsinin öyrənilməsi hədəflənir", - deyə E.Məcidov əlavə edib.

Paylaş:
602

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər